TÜRKİYƏ

Türkiyə

Türkiyə dünyanın ən yaxşı təhsil verən ölkələri sırasındadır. Hər il minlərlə tələbə Şərqli Avropa, Mərkəzi Asiya, yaxın Şərqdən Türkiyəyə təhsil məqsədi ilə səyahət edir. Bu ölkələr arasında Azərbaycan ilk onluqda ikinci yeri təmsil edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Tibb, mühəndislik üzrə təhsil alanların sayı daha çoxdur. Xüsusilə Tibb ixtisası üzrə Türkiyə universitetləri dünyada sayılıb seçilən, maddi texniki bazası güclü universitetlər siyahısındadır.

Türkiyə universitetlərinin azərbaycanlı tələbə və şagirdlər arasında populyar olması və daha çox tələbənin burada oxumaq istəməsi bir sıra əlverişli amillərlə bağlıdır. Bunlara misal kimi, təhsil haqqının münasib olması, viza və sənədləşmə prosesinin nisbətən asan olması, mədəniyyətlərin uyğunluğu, qəbul prosesinin rahat olması və s. göstərmək olar

Silk Road School şirkəti Türkiyədə yerləşən  bir sıra yüksək reytinqli universitet ilə partyorluq etməkdədir. Biz şirkət olaraq keyfiyyət əsaslı fəaliyyət göstərdiyimiz üçün tələbələrimizin də dünyanın ən yaxşı universitetlərində yerləşmələrini təmin etmək niyyətindəyik.